Bestseller kitablardan sitatlar | Kitab sözləri

 

Bildiyiniz şeylər ən böyük var-dövlətinizdir, lakin bilmədikləriniz ən böyük riskiniz ola bilər.
Varlı Ata, Kasıb Ata, Robert T. Kiyosaki

 

Bu axşam başa düşdüm ki, bəzən bir adam başqasını, həyata bağladığımızdan da qüvvətli tellərlə özünə bağlaya bilər
Xəz Paltolu Madonna, Sabahattin Ali

 

O sanki bu söhbəti davam etdirməkdən sıxılırdı, çox təmiz və saf qəlbli adamları üzünə qarşı tərif edəndə, onlar özlərini belə hiss edirlər.
Alçaldılmış və Təhqir Edilmiş İnsanlar, Fyodor Dostoyevski

 

Tutaq ki, sən bir adaya köçməlisən.Oraya cəmi beş kitab apara bilərsən.Hansı kitabları seçərsən?..
Min Möhtəşəm Günəş, Khaled Hosseini(Xalid Hüseyni)

 

Bununla belə mən Ninonu yenə sevirəm. Onun gözlərini, səsini, gülüşünü, danışıq və düşüncə tərzini sevirəm.
Əli və Nino, Qurban Səid

 

Bəlkə də insan sevilməkdən daha çox başa düşülməyə möhtacdır.
1984, Corc Oruell

 

İnsanın yaxşı bir qəlbə sahib olması üçün ağıla ehtiyacı yoxdur.
Siçanlar və Adamlar, John Steinbeck

 

"…bu kövrək, balaca bədənin bu boyda sevinc və yaxşılığı özündə necə daşıdığına heyrət edərdi."
Və Dağlardan Səda Gəldi, Khaled Hosseini (Xalid Hüseyni)

 

Səninlə fəxr etdiyini dili ilə demək vacib deyil, bəzən atalar bunu başqa cür ifadə edirlər
Sevgili Con, Nicholas Sparks

 

İnsanın doğma adamını basdırmadığı torpaqla bağlılığı ola bilməz
Yüz İlin Tənhalığı, Qabriel Qarsiya Markes

 

Sözlər heç də həmişə qəlbin ağrılarını ifadə eləyə bilmir.
Milçəklər Tanrısı, William Golding

 

"- Tutaq ki, sən evlisən, arvadını sevirsən, lakin başqa bir qadına məftun olmusan… — Bağışla, mən bunu qətiyyən anlamıram… Bu, ona oxşayar ki, burada doyunca yedikdən sonra çörək dükanının yanından keçəndə də əl atıb çörək oğurlayırsan."
Anna Karenina, Lev Tolstoy

 

İstedadı gizlətmək mümkün deyil, istedadın varsa, onu heç özündən də gizlədə bilməzsən.
Qara Qəhvə, Aqata Kristi

Bestseller kitablardan sitatlar | Kitab sözləri
Bestseller kitablardan sitatlar | Kitab sözləri

Bilik qüvvədir,düzgün biliklər isə insana möcüzələr yaratmağa imkan verir
İtirilmiş Simvol, Dan Brown

 

Qurtuluş üçün içəridən gələn səsə — intuisiyaya qulaq asmaq lazımdır.
Kişilərin Kitabı, Oşo

 

Ən böyük səhv rəqibi lazımınca qiymətləndirməməkdir.Bunu unutmayın,dostum!
Böyük Dördlük, Aqata Kristi

 

Kəşfiyyatçılarda belə bir qayda var: nəyi isə gizlətməyin ən yaxşı üsulu — onu ən görünən yerə qoymaqdır.
Komitet 300, John Coleman

 

Nadana nəyisə izah etməyə çalışmaqla aşsüzənə su doldurmağa çalışmaq arasında heç bir fərq yoxdur.
Alternativ Əməliyyat, Elxan Elatlı

 

" Müdrik öz düşmənlərindən daha çox fayda alar, nəinki axmaq öz dostlarından " — Baltazar G.
Hakimiyyətin 48 Qanunu, Robert Greene

 

Dinc həyatda iki və daha artıq adamın qətlinə görə ən ağır cəza, müharibədə isə orden və medal verirlər.
Uzun Çəkən Sözardı, Çingiz Abdullayev

 

İçində iblis xisləti gəzdirə gəzdirə səni sevən qadina özünü mələk kimi tanitmaq, onu aldatmaq xəyanət deyilmi?
Bakıdan Gələn Xəfiyyə, Elxan Elatlı

 

Eh, sən heç təsəvvür belə edə bilməzsən ki, minlərlə insan həyatının son anlarında nələri düşünür: “Kaş biləydim, kaş anlayaydım, kaş onlara bu sözləri deyə biləydim, onlar bilsəydilər…”
Bir Birimizə Demədiyimiz Sözlər, Marc Levy

 

Bencamin deyirdi ki, “işlər həmişə eyni qayda ilə gedib — nə çox yaxşı, nə də çox pis. bu həyatın dəyişməz qanunudur”
Heyvanıstan, Corc Oruell

 

Mən alın yazısına,yəni başımıza gələcək hadisələrin əvvəlcədən yazıldığına inanmıram.Ona inanıram ki,həyat yolumuzda hər dəfə irəli addım atanda qarşımızda çoxlu sayda yeni cığırlar açılır və biz bu cığırlardan birini seçib öz taleyimizi yaza-yaza ölümə doğru irəliləyirik.
Elxan Elatlı, On Dördüncü Adam

 

 

0 şərh